Aprel 2018

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM ROOMS: BİRİNCİ LAYİHƏSİNİN SƏRGİSİNİN TƏQDİMATI

06 Apr - 13 Apr 18

YARAT Müasir İncəsənət Məkanı Əkbər Əliyev, Şəlalə Salamzadə, Roman Qocayev, Nəzrin Musayeva və Ramil Hacıəliyevin iştirakı ilə ARTIM ROOMS adlı yeni layihəsini təqdim edir.


ARTIM ROOMS (“ARTIM otaqlar”) layihəsi – gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir. Arzu edən hər kəs, ARTIM məkanında mövcud olan otaqların bir və ya bir neçəsində öz ideyalarını gerçəkləşdirmək üçün müraciət edə bilər. 

Layihənin başlıca məqsədi, yaradıcılıq vasitəsilə inkişaf edən, insanları bir araya gətirən, müzakirələr və eksperimentlər aparmaq üçün dinamik və müstəqil “orqanizm”, canlı və kompleks platforma yaratmaqdır. Təbiətdə, bu “avtopoezis” terminində əks olunur. Avtopoezis – son dərəcə möhkəm struktur vasitəsilə mümkün ola bilən, bir çox bağlantılar və mürəkkəb sistem yaradan, öz-özünə inkişaf edən orqanizmdir. 


Avtopoezis (yunan dilindən ατo- (avto-) – “özü”, ποίησις (poezis) – “yaranma”, “törəmə” deməkdir) – öz-özünü yaratmaq və təmin etmək əzmində olan sistemə istinad edir. Avtopoezisin bu ümumiləşdirilmiş görüntüsü, öz fiziki komponentləri, informasiya və mürəkkəblik çərçivəsində ölçülə bilən quruluş baxımından öz-özünü hasil edə bilən sistemləri nəzərdən keçirir. Digər sözlə, biz, avtopoezis sistemləri, öz mühiti deyil, daha çox öz mürəkkəbliyi ilə hasil edilən sistemlər kimi təsvir edə bilərik.


ARTIM ROOMS layihəsinin ilk buraxılışında Əkbər Əliyevin rep musiqi video instalyasiyası, Şəlalə Salamzadənin fotoşəkilləri, Roman Qocayevin divar rəsmi, Nəzrin Musayevanın instalyasiyası və Ramil Hacıəliyevin interaktiv mappinq instalyasiyası nümayiş etdiriləcək. 


Əkbər Əliyevin video instalyasiyası incəsənətin formal aspektlərindən və milli-mənəvi normaların elastikliyindən bəhs edir. 


Roman Qocayev, mandalanın (Hinduizm və Buddizmdə kainatı təmsil edən simvol) vizual formasında avtopoezisin bioloji prinsipini araşdırır. 


Ramil Hacıəliyevin interaktiv mappinq instalyasiyası ətrafda baş verən müəyyən hərəkətə qarşı proyeksiyanın həssaslığına əsaslanır. 


Nəzrin Musayeva sevgi hissini gətirən insan transformasiyalarından bəhs edir. 


Şəlalə Salamzadə retro portret fotoşəkilləri vasitəsilə rəssam həyatının keçid dövrü ərzində baş verən daxili təcrübələri araşdırır. 


Açılış: 6 aprel, 2018
Saat: 19.00 

Sərgi tarixləri: 6 – 13 aprel, 2018

İş rejimi: Çəənbə axşamı – Bazar, 12.00 – 20.00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş sərbəstdir


 

Yüklənir