Noyabr 2018

SƏYYAR SƏRGİ: ULDUZLU SƏMALAR QRUP SƏRGİSİ

29 Noy - 08 Fev 19

YARAT Müasir İncəsənət Məkanı Şəmkirdə “Ulduzlu səmalar” adlı səyyar sərgini təqdim edir. “Ulduzlu səmalar” sərgisi Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd və Fərid Rəsulov.


Yenilənmiş ənənələr, fərqli dəyərlər sərginin əsas leytmotivini təşkil edir. Ənənəvi sənətlərin qəbul olunmuş kanonlarını dəyişərək / sındıraraq, rəssamlar bununla təkcə yeni vizual sənət məhsulu deyil, həm də kontekst baxımından yeni mövzulara toxunurlar. Bu mövzular çevrəsi ənənə, irs, qloballaşma, urbanizasiya, mədəni inqilab, sosial-ictimai aspektləri əks etdirir. Ekspozisiyada nümayiş olunan əsərlərin konseptləri sintez  və eksperiment aparmağa marağından qaynaqlanır. Bununla belə, bu  əsərlər tamaşaçını interaktivliyə dəvət edirlər. 


Faiq Əhməd əsrlər boyu yaşayan xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək, xalçaçılıq estetikasını yenidən kəşf edib onu müasir mədəniyyətə daxil edir. O, toxuculuq prosesini hissələrə ayırır, hazır xalçanın adi ikiölçülü, müstəvi görünüşünü dəyişib onu üçölçülü şəkildə təqdim edir.

Ənənə mövzusunu Fərid Rəsulovun “Şəbəkə” silsiləsindən olan “Düşən ulduz” və “Quş” adlı əsərləri davam etdirir. Rəssam monumental-dekorativ memarlıq sənət nümunəsini xalçanın əsas ornamentlərlə təqdim edir və bununla iki müxtəlif sahənin sintezini yaradır. Bu sintezin nəticəsi olaraq, sanki böyüdülmüş və havadan asılmış rəngli xalça ornamentləri formasında olan art obyektlər çıxış edir.

Aida Mahmudovanın “Məkanlar” silsiləsi rəssamın müşahidələrini əks etdirir. Bu müşahidə - araşdırmalar coğrafi yerləşmə, urbanizasiya, şəhərin ekspansiyası kimi məqamları əks etdirir. Quş uçuşu səviyyəsindən görünən mənzərələr landşaft, xarakter və əhvalına görə fərqlənir.


“Ulduzlu səmalar” sərgisinin təhsil proqramı çərçivəsində YARAT Rezidentura proqramının rəssamları Aurelien Lepetit,  Yevi Joxova, Juditta Vendrame və Emil Məcnun tərəfindən ustad dərslərin keçirilməsi, ö cümlədən Faiq Əhməd və Fərid Rəsulovla panel diskussiyanın aparılması nəzərdə tutulur.


Açılış: 29 noyabr 2018-ci il, saat 15:00

Giriş sərbəstdir.


Şəmkir Gənclər Mərkəzi

Ünvan: Heydər Əliyev prospekti, Bayraq Meydanı, Şəmkir şəhəri, 5700

İş rejimi: Bazar ertəsi –cümə, saat  09.00 - 18.00

Əlaqə: +994 22 305 2496


Media məlumatları və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova

Tel: +994 50 274 67 44          

e-poçt: hokuma.k@yarat.az

Yüklənir