Yanvar 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: SƏN MƏNİ ANLAMIRSAN QRUP SƏRGİSİ

21 Dek - 30 Dek 16

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihəsi çərçivəsində üç rəssam – Vüsal Rəhim, Vüqar Quliyev, Aysel Əmirova və “ADO” teatr qrupunun iştirakı ilə “SƏN MƏNİ ANLAMIRSAN” adlı eksperimental performansı təqdim edir.


“SƏN MƏNİ ANLAMIRSAN” – rəssamların əsərlərinə standart araşdırma subyekti kimi yanaşmaq əvəzinə, ziyarətçilərin “başqasının cildinə” daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir. Bu layihə kollektiv performans üzərində işləyən üç rəssamın “ADO” teatr qrupu ilə birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. “Obrazların dəyişdirilməsi” eksperimentinin başlıca məqsədi, özümüzü rahat və məlum mövqedən çıxarmaqla, adi baxışımızın naməlum və dəyişkən bucağına daxil olmaqla bağlı riski üzərimizə götürməkdir.

Layihə, özündə müasir incəsənətin dərk edilməsi və “Biz niyə görə başa düşülmək istəyirik?” sualını araşdıran psixoloji məqalə ilə əlaqəli sosial media müzakirələrindən sitatları və kəlamları özündə birləşdirən broşüra ilə müşayiət olunur.


Vüsal Rəhim Mikelancelonun cansız İsanı tutmuş kədərli Məryəmi əks etdirən məşhur “Pieta” əsərinin bədii obrazını araşdırır. “Pieta” adlı video instalyasiyada, rəssam özü Kədərli Madonna obrazında çıxış edərək videoların birində dizlərinin üstündə çılpaq kişi, digərində isə çılpaq qadını tutur. Onların yalnız simaları qırmızı maska ilə örtülüb ki, bu da maddi aləmdən (maska) ruhani aləmə (çılpaqlıq) keçidi əks etdirir. Onların vücudlarında Cəlil Cavanşirin ölən insanın ağrı və acılarından bəhs edən şeir yazılıb. Vüsal Rəhimin həyat və ölüm, maddi və mənəvi dünyalar, kişi və qadını qarşı-qarşıya qoyan “Pieta” əsəri hər bir insana xas olan qüssə və kədərin vizual təsvirini əks etdirməklə yanaşı, genderlərin dini və sosial quruluşuna dair sualları da ortaya qoyur.

Vüqar Quliyevin instalyasiyası divarlara kölgə salan parlaq tikanlarla dolu otaqdan ibarətdir. Ziyarətçi otağı araşdırmağa və otağın zülmət abı-havasına qərq olmağa dəvət olunur. Rəssam üçün çıxış nöqtəsi özündə həbsxana kameraları və ya işgəncə kameralarını əks etdirir. Belə ki, bu kameralar hər bir insanın emosional qorxu durumu ilə əlaqəli fərdi bağlılığının işıqqaytarıcı materialda görünməsi üçün nəzərdə tutulub. Tikanlar təkcə qəm-qüssə mənbəyi deyil. Onlar həm də üçbucaqlar və onların Misir mifologiyasında mənası ilə əlaqəlidir (məsələn, günəş şüalarının günəş tanrısı Ranı xarakterizə etməsi kimi). Bununla da, rəssam qaranlıq kameranı işıqlı kameraya çevirir.

Rəssam Aysel Əmirova öz əsərini eyni diapazonu bölüşən iki insanın hipotetik konsepsiyası ilə əlaqələndirir. Hərçənd ki, bir insanın subyektiv, şüurlu həyatı (fəls. “Kvalia”) digəri üçün sistematik olaraq fərqli ola bilər. Belə ki, bu əsər dünyamızın çoxşaxəli təcrübələrini xatırlatmaqla yanaşı, düzgün qoyulmayan prioritetlərə də işarə verir. “Qızıl piramidanın zirvəsini fəth etdikdən və qalxmaq üçün daha heç bir yüksəkliyin olmadığını gördükdən sonra, biz, bütün həyatımız boyu saxta piramidalara dırmandığımızı dərk edə bilərik. Biz öz arzularımızı həyata keçirmək üçün qorxulardan qaçırıq. Biz öz medallarımızı sevinərək cingildədirik, amma öz daxilimizdə bilirik ki, bizi sadəcə aldadıblar. Təsəvvür edin, zirvə “başayaq” çevrilir və biz, tamamilə başqa bir yolla gedirik. Bütün bunlar müəyyən bir zaman kəsiyində, ələlxüsüs insan əyri güzgülər arasında olan zaman bir daha baş verir. Reallıq da məhz belə işləyir, gec ya tez, hər şey tərsinə çevrilir.”


Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr və dekorativ sənət fakültəsini bitirib. Onun əsərləri insan bədəni, gender və sosial strukturlar kimi mövzuları araşdırır və rəssamlıq, video, foto və heykəltəraşlıq kimi bir sıra vizual növlərini əhatə edir. Azərbaycandan savayı, onun əsərləri Rusiya, ABŞ, Gürcüstan və Fransada nümayiş etdirilib.

Vüqar Quliyev 1984-cü ildə Bakıda anadan olub. O, 2003-cü ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitirib. Əsasən fiqurativizm janrında işləyən rəssamın əsərləri mifoloji və psixoloji subyektlərdən ilhamlanan onirik (yuxugörmə) elementlərinin anlarını əhatə edir. Onun əsərləri Azərbaycanda, Koreyada, Almaniyada və Fransada nümayiş etdirilib.

Aysel Əmirova 1991-ci ildə Bakıda üçüncü nəsil rəssamlar ailəsində dünyaya gəlib. O, Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qrafik dizayn ixtisası üzrə təhsil alıb. Eyni zamanda, Aysel Böyük Britaniyanın Bakıda Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində batik və keramika texnikalarını öyrənib. Uşaqlıqdan o incəsənət, foto və poeziya ilə maraqlanıb. Rəssam kimi yerli və xarici sərgilərdə iştirak edib.


Açılış tarixi: 21 dekabr 2016 / vaxt: 17:00-20:00

Sərgi: 21 dekabr – 30 dekabr 2016, cümə axşamı – şənbə, saat 17:00 – 19:00 

Ünvan: ARTIM Layihə Məkanı

İçərişəhər, Böyük Qala küç., 30, 001A 

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir