May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

PERFORMANS ÜZRƏ USTAD DƏRSİ: NEZAKET EKİCİ QISA, LAKİN İNTENSİV

28 Noy 22

YARAT Müasir İncəsənət Məkanı Nəzakət Ekici ilə performans üzrə ustad dərsində iştirak etməyə dəvət edir. İştirakçılar performans rəssamın əsərləri və metodları haqqında məlumat əldə edəcəklər. Rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirəcək və iştirakçılarla birgə çıxış edəcək.


Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edəcək. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrənəcəklər. İştirakçılar performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrənəcəklər; çünki, performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin “hərəkətə gətirilməsini” ehtiva edir.


Nezaket Ekici (d.1970, Türkiyə) Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltəraşlıq üzrə incəsənət təhsilini almışdır (2000, Münhen). Nezaket Ekici 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsərini təqdim etmişdir.


Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici, öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Rəssam, hekayə aləti qismində öz bədənindən kimi istifadə edir. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.


Nəzərə alın ki, yerlərin sayı məhduddur. Qeydiyyatdan sonra sizə SMS və e-poçt təsdiqləməsi göndəriləcək.


Tarix: 28 noyabr, 2022

Saat: 10:00 - 18:00 (müddət: 8 saat)

Məkan: YARAT Mərkəzi

Dil: ingilis dilində, Azərbaycan dilinə ardıcıl tərcümə ilə

Qeydiyyat üçün linki: https://cutt.ly/OM15RKV

COVID pasportu tələb olunur

Yüklənir