May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

VALENTİNA BORDENEY İLƏ TƏNZİMLƏNMİŞ HƏRƏKƏT USTAD DƏRS

17 Okt - 21 Okt 22

YARAT Müasir İncəsənət Məkanı aktyorları, rəqqasları, performerləri və səhnə hərəkəti ilə maraqlanan hər kəsi ustad dərslərinə qatılmağa dəvət edir. Səhnə hərəkətinə dair təcrübənizdən asılı olmayaraq, bu sahədə tədqiqat üçün imkanlar sonsuzdur.


UNFOLD – “Aleksander texnikası” (Fridrix Matias Aleksander (1869-1955) – avstraliyalı aktyor, vücudumuzdan düzgün istifadə etmək kömək edən texnikanın müəllifi) üzərində qurulmuş səhnə hərəkətləri və qavrayış təlimidir. Bu, hərəki və motorika fəaliyyətinin təkmilləşdirilməsi sayəsində kompleks və koordinasiya edilmiş hərəkətə imkan yaradır.

Öz vücudunuzla əlaqəli vaxt keçirmək, daha çox rəqs etmək və daha incə bir hərəkət təcrübəsi əldə etmək istəyirsinizsə, buyurun, bu intensiv ustad dərslərə siz də qatılın!

Bu təcrübə, vücudunuzu çoxlaylı, “axıcı” və həssas bir vahidə qədər “açılmasına” imkan verir. O, həmçinin vücudumuz haqqında məlumatlılığı artırmaq, lazımsız vərdişlərdən qurtulmaq və koordinasiyanı yaxşılaşdırmaq üçün dəqiq məlumatlar və alətlər ilə təmin edir. Biz, qamət və hərəki sistemlərimizin necə işlədiyini dərk etməklə və sınaqdan keçirməklə, bütün hərəkətlərimizdə yüngüllük və enerji üçün məkan yaratmaqla, bunu dərindən anlamağa başlayırıq.


Sözügedən təcrübə, bizim məkanda öz fantaziyalarımıza, musiqiyə və bir-birimizə necə yanaşdığımızı dərk etməyə kömək edir.


Sizinlə birgə hərəkət etməyi səbirsizliklə gözləyirik!

Məlumat üçün unfoldmethod.com saytına daxil olun.


Ustad dərsləri Valentina Bordeneyv və Vasili Torkanovski tərəfindən keçiriləcək.


Zəhmət olmasa, ustad dərslərə gələndə özünüzlə rahat geyim və isti corab, həmçinin usta dərslərin “sakit” hissəsi üçün orta ölçülü kitab gətirin. Bu kitab, başınızın altına qoymaq üçün istifadə ediləcək. Dərslərdə ayaqyalın olacaqsınız.


Yaş məhdudiyyəti: 18-60 yaş

Yerlərin sayı məhduddur


Dil: İngilis (Azərbaycan dilinə sinxron tərcümə ilə)


Tarix: 17 – 21 oktyabr, 2022

Saat: 19.00 – 22.00


Kurs iştirakçılarına biz improvizasiya və performativ dilin öyrənilməsinə həsr olunmuş iki əlavə gündüz məşğələləri də təklif edirik:


Gündüz məşğələləri: 19 və 21 oktyabr, 2022

Saat: 15.00 – 17.30


Məkan: YARAT Mərkəzi, çoxfunksiyalı zal.


*COVID pasportu tələb olunur

Qeydiyyat üçün: https://bit.ly/3rL0sFw

Ətraflı məlumat üçün: +99450 246 92 92

Yüklənir