Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 İyl 18
YARAT Müasir İncəsənət Məkanı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Balaca YARAT” layihəsinin ilk yarımillik yekun sərgisini təqdim edir.
“Balaca YARAT” YARAT Mərkəzində keçirilən Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq müxtəlif ustad dərslərində hazırladıqları əsərlərin sərgisini təqdim edir.
Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat verəcəklər. Eyni zamanda 1 ay müddətində Roman Qocayevin rəhbərlik etdiyi “Özünü Tap” layihəsinin yekun əsərləri də yeralacaq.
Uşaqlar isə sərgini gəzməklə yanaşı müxtəlif interaktiv müsabiqələrdə iştirak edib əylənib öyrənərək hədiyyələr qazanacaqlar.
Proqram
19:00 Açılış
19:15 Musiqili çıxış (Respublika Uşaq, Gənclər İnkişaf Mərkəzi)
19:30 - 20:30 İnteraktiv müsabiqələr
19:30 Nərminə Bağırovanın çıxışı
19:45 Rəqs performansı (Respublika Uşaq, Gənclər İnkişaf Mərkəzi)
20:00 Nigar Quliyevanın çıxışı
20:15 Roman Qocayevin çıxışı
20:30 Musiqili çıxış (Respublika Uşaq, Gənclər İnkişaf Mərkəzi)
Təşkilatidəstək:
Tarix: 8 iyul, 2018
Saat: 19:00
Ünvan: YARAT Mərkəzinin qarşısı
Giriş sərbəstdir