Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
21 Apr 18
YARAT Müasir İncəsənət Məkanı və Britaniya Şurası Azərbaycan Sizi ingilis şairi və dramaturqu Uilyam Şekspirin doğum gününü qeyd etməyə dəvət edir.
Tədbirdə Sizi musiqi, teatr tamaşası və əlbəttə ki, poeziya çıxışları gözləyir!
Tədbir Britaniya Şurası Azərbaycan, Rus Dram Teatrının kollektivi və “Quantum Quartet” simli kvartetin (Elçin Abdullayev – 1-ci skripka, Məmməd Mahmudzadə – 2-ci skripka, Marqarita Kudryavtseva – alt, Təhminə Xuduzadə – violonçel) dəstəyi ilə təşkil olunub.
Xoş sürprizlərə hazır olun! Əgər Siz əvvəllər YARAT-da olmuşsunuzsa, axşamın çox qeyri-adi olacağını anlayırsınız.
PROQRAM:
19:00 Teatr-poeziya performansı (1-ci mərtəbə)
“Quantum Quartet” simli kvartetin çıxışı (2-ci mərtəbə)
“Güzgülər və düşüncələr” müsabiqəsi (çoxfunksiyalı zal)
20:00 Teatr-poeziya performansı (1-ci mərtəbə)
“Quantum Quartet” simli kvartetin çıxışı (2-ci mərtəbə)
“Güzgülər və düşüncələr” müsabiqəsi (çoxfunksiyalı zal)
21:30 Açıq mikrofon (çoxfunksiyalı otaq)
Tarix: 21 aprel, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün əlaqə: 012 505 14 14