Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 Mar 18
YARAT Müasir İncəsənət Məkanı Sizi yazıçı, bloqqer və jurnalist Nata Osmanlının yazıçı və ssenarist İsmayıl İmanov ilə birgə yazdığı “Lift” pyesinin immersiv oxunuşuna dəvət edir.
Tədbirdə iştirak edəcəklər: Ülviyyə Könül, Fərhad Aşurbəyli, Könül Kərimova, Nərminə Məmmədzadə, Anfisa Bessonova, Rüfət Nəzər, Nərmin Kərimbəyova, Sergey Torqaşev və Cavid Muradlı (Çed Rassel).
Tədbirə gələn tamaşaçılar pyesin oxunma zamanı və ya fasilələrdə personajlar və müəlliflərlə ünsiyyət qurmaq, onlara məsləhət vermək və ya əksinə, qəhrəmanları hansısa səhv addım atmaqdan çəkindirəcəklər.
Biz əsl sevgi və onun metamorfozlarından, tənhalıqdan, həmçinin 30 yaşlıların həyatında baş verən kiçik və böyük böhranlar haqqında danışacağıq.
Giriş sərbəstdir, axşam isə çox qeyri-adi keçəcək!
Tarix: 16 mart, 2018
Saat: 19.30
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir