Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Okt 16
YARAT FreeStyle və Bakı Tanqo On Məktəbi sizi dünya səviyyəli PEŞƏKAR RƏQQASLAR Yamila İvonne və Tomas Korbalanın ifasında Argentina tanqo-nuevo gecəsinə dəvət edir.
Tanqo nuevo ("nuevo" - yeni deməkdir) - tanqonun təkamülü və onun yeni proqressiv interpretasiyasıdır. Bu rəqs güclü emosiyalar, rəvan və qətiyyətli hərəkətlərin bir-biri ilə əvəzlənməsi üzərində qurulub. Tanqo-nuevo elementləri toxunuşların tipinə görə fərqlənməklə bərabər, özündə "oxdan kənar" addımları, qıvraqlığı, ritm və melodiyaya diqqəti də birləşdirir. Bu rəqsə adətən, salsa, bal rəqsləri və svinq hərəkətləri daxil olur.
Tomas Korbalan və Yamila İvonne Argentinanın Buenos-Ayres şəhərində anadan olublar və çox gənc yaşlarında rəqs etməyə başlayıblar. Yamila tanqo ilə yanaşı, balet, müasir və folklor rəqsləri də öyrənib. Tomas isə öz vaxtının böyük hissəsini musiqi ilə yanaşı, Braziliyanın döyüş sənəti olan kapoeyranı öyrənməyə sərf edib. Bir qədər böyüdükdən sonra, hər iki gənc yoqa, tay-çi kimi nisbətən daha mənəvi sahələri, həmçinin tənəffüs və meditasiya texnikalarını araşdırmağa başlayıblar. "Bizim təcrübə onu göstərir ki, nə etməyinizdən daha çox, onu necə etməyiniz daha əhəmiyyətlidir. Biz inanırıq ki, tanqo insanların həyatını dəyişə bilər və bu səfərə daha dərindən baş vuran hər kəsi dəyişmək iqtidarına malikdir. Bir çox digər incəsənət növlərində olduğu kimi, tanqoda siz öz gerçək şəxsiyyətinizin necə böyüdüyünü, bizim malik olduğunuz xüsusiyyətləri, yeni vəziyyətlərə uyğunlaşmaq bacarıqlarımızı görəcəksiniz. Tanqoda siz münasibətləri dərk və insanlarla necə qarşılıqlı əlaqə qurmağı dərk edəcəksiniz. Yaxşı rəqqas olmaq üçün, siz, bütün mənalarda sağlam olmalı, sağlam bədənə, sağlam düşüncəyə və sağlam ruha malik olmalısınız. Bu gün dünyanın hər bir yerində, Amerikada, Avropada, Asiyada və Orta Şərqdə rəqs etməklə və rəqs öyrətməklə, biz, özümüzü sevgi ilə dərk etməyin və digərinə gözəl rəqs bəxş etməyin nə dərəcədə vacib olması ilə bağlı mesajı ötürməyə çalışırıq.
https://www.facebook.com/tangoon.baku/
Tarix: 20 oktyabr, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir