Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
04 Sen 18
Bildiyiniz kimi YARAT filmklubu artıq təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Fürsətikən auditoriya kino mütəxəssisləri ilə seminarlara, leksiyalara və müzakirələrə qatılırlar.
Beləliklə, sentyabrın 4-də, Həsən Seyidbəylinin “Nəsimi” adlı tarixi filmini izləyib, XIV və XV əsrlərə səyahət etmək üçün bir araya gələcəyik.
Film, Kinomatoqrafçılar birliyinin sədr müavini, baş rolda çıxış edən aktyor Rasim Balayevin şərhləri ilə müşayiət olunacaqdır.
Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.
Film1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən Yaxşı Tarixi kino” mükafatına layiq görülmüşdür. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə “Ən Yaxşı Kişi Rolunun” ifaçısı mükafını qazanmışdır.
Tarix: 4 sentyabr, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş əvvəlcədən qeydiyyat ilə +99412 505 1414