Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Dek 17
YARAT Müasir İncəsənət Məkanı sizi “Suvar” folklor kollektivinin ifasında çılğın Qafqaz rəqsləri axşamına dəvət edir.
Tədbir YARAT Freestyle proqramı çərçivəsində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunur.
Suvar folklor kollektivi (“suvar” ləzgi dilində “bayram” deməkdir), 1996-cı ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü ilə və “Samur” Ləzgi mədəniyyət mərkəzi ictimai birliyinin dəstəyi ilə təşkil edilib. Həmin vaxtdan bəri, bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini fəth edib.
2011-ci ildə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib. Həmin il, ansambl Ankarada keçirilən beynəlxalq festivalda Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
Tarix: 15 dekabr, 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş: +994125051414 və ya +994502469292 nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır.