Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Sen 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
20 sentyabr 2016-cı il tarixində rejissor Emin Mirabdullayevin “Postskriptum” adlı filmi təqdim olunacaq.
Postskriptum / 2015 / Azərbaycan / 30 dəq / dram / rəngli
“Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən “Postskriptum” bədii filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu rejissoru Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu – Robert Nobeli canlandırır. Ekran əsərində Ayşad Məmmədov, Eldar Bağırbəyov, İlqar Safat və digərləri rol alıb.
Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 20 sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.