Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
30 Yan 24
Yanvarın 31-də kinosevərləri fransız rejissoru Deni de La Patelyerin “Şimşəyin təbəssümü” (1965) filminə baxmağa və müzakirə etməyə dəvət edirik. Tədbir cari “Ekinoks” qrup sərgisi çərçivəsində keçirilir.
Filmin baş qəhrəmanı Leandr Brissak keçmiş notariusdur və hal-hazırda baytar kim fəaliyyət göstərir. O, həm heyvanları, həm də alkoqol içkiləri eyni dərəcədə sevən, mizantrop və anarxistdir, şəhərdən kənar malikanəsində təmkinli, sakit, ərinin qəribəliklərinə və şıltaqlıqlarına alışmış arvadı Mari ilə birgə yaşayır.
Brissak sahibsiz küçə itlərini, çirkli zibilçiləri, küçə qızlarını – bir sözlə, ətrafda rastlaşdığı bütün bədbəxt və evsiz-eşiksiz insanları evinə gətirməyi xoşlayır. Bir gün o, kiçik kafelərdən birində gənc fahişə Simona ilə tanış olur və onu evinə gətirir...
Film rus dilində Azərbaycan subtitrləri ilə nümayiş olunacaq.
Giriş sərbəstdir
Saat: 19:00