Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Apr - 22 Apr 22
YARAT Müasir İncəsənət Məkanı Film Klubu, böyük məmnuniyyətlə sizi CHINGIZ-in “İNSƏN” sərgisinin konsepsiyasını özündə əks etdirən filmlərin nümayişinə dəvət edir. Bu ağ-qara filmlərin estetikası, bizi tamamilə başqa bir dövrə aparır və zaman duyğusunu təyin edir.
Sizə başlıca diqqəti insan və onun ətrafı, hissləri və emosiyalarına yönəlmiş filmlər təqdim olunacaq.
“Persona” (1966)
Rejissor: İnqmar Berqman
Elizabet Foqler tanınmış aktrisadır. O hərtərəfli sağlamdır, lakin bir gün, Elizabet qəflətən susmağa başlayır... Heç kim onunla nə baş verdiyini anlaya bilmir. Elizabet gənc tibb bacısı Almaya həvalə olunur və psixiatr onları birgə dəniz kənarına göndərir. Elizabet daim susur, Alma isə ona öz həyatından müxtəlif hekayələri nəql edir, çox qəribə duruma düşən Elizabeti bu haldan çıxarmağa çalışır...
Müddət: 85 dəq.
Dil: İsveç (Azərbaycan subtitrləri ilə)
Yaş məhdudiyyəti: 16+
Tarix: 15 aprel, 2022
Saat: 19:00
“Yatmış adam” (1974)
Rejissor: Bernar Keyzann
Parisdə 25 yaşlı gənc tələbə öz ətraf aləminə biganə yanaşmağa başlayır, sonradan isə son dərəcə yadlaşma və ümidsizlik hissinə qapılır...
Müddət: 77 dəq.
Dil: fransız (Azərbaycan subtitrləri ilə)
Yaş məhdudiyyəti: 16+
Tarix: 22 aprel, 2022
Saat: 19:00
“Nifrət” (1995)
Rejissor: Matye Kassovits
Ərəb yeniyetmə Abdelə qarşı polis özbaşınalığı iğtişaşlara səbəb olur... Bu hadisələrdən sonra üç dost, turist marşrutlarından uzaq olan yoxsul məhəllədə revolver tapırlar. Yəhudi gənc, qaradərili boksçu və gənc ərəb vəhşicəsinə intiqam almaq istəyirlər...
Müddəti: 98 dəq.
Dil: fransız (Azərbaycan subtitrləri ilə)
Yaş məhdudiyyəti: 18+
Tarix: 6 may, 2022
Saat: 19:00
Məkan: YARAT Mərkəzi, Bayrağ Meydanı, Bayıl
Qeydiyyat üçün linkə daxil olun:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeX2ti_iOVRBY4j_suskABn24I8RfsmyvTDmGI88m7Ti4Uztg/viewform?usp=sf_link