Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
18 Okt 18
YARAT Müasir İncəsənət Məkanı sizi Ədəbiyyat Klubu çərçivəsində bəstəkar Xəyyam Mirzəzadənin 11 musiqi miniatürü Azərbaycan Dövlət Simli Kvarteti tərəfindən ifa ediləcək.
Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kollektiv Fransa, Almaniya, Türkiyə, Yunanıstan və Serbiyada dəfələrlə çıxış edib.
Miniatürları ifa edəcəklər: Ceyla Seyidova (1-ci skripka), Azərbaycanın əməkdar artisti Soltan Məmmədova (2-ci skripka), Azərbaycanın əməkdar artisti Vaxtanq İmanov (alt) və Azərbaycanın əməkdar artisti Aleksey Miltıx (violonçel).
Həmçinin tədbir zamanı, Xəyyam Mirzəzadənin yaradıcılığından ilhamlanmış üç istedadlı gənc şairin – Zəhra Bədəlbəyli, Nərminə Məmmədzadə və Attika Əliyevanın çıxışları olacaq.
Tarix: 18 oktyabr, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir