Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 May 17
YARAT Müasir İncəsənət Məkanı Sizi retro və soft rok konsertinə dəvət edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Konsert proqramı Azərbaycan soft rok ifaçısı Tarlanthis (Tərlan Ağakişiyev) və “The Half” qrupu tərəfindən hazırlanıb. Konsertdə Azərbaycan retro musiqiləri və soft rok janrında ifaların canlı şahidi olacaqsınız.
Tərlan Ağakişiyev (Tarlanthis) - 4 ildir ki, soft rok musiqi janrını ifa edir. Bir çox qruplarda fəaliyyət göstərmişdir. Hal-hazırda “Mad Band” qrupunda vokalist və gitaraçı olaraq fəaliyyət göstərir. Onun üçün ifa etdiyi mahnılarda musiqi qədər sözlər də böyük önəm daşıyır.
“The Half ” qrupu 5 aydır ki, psixodelik və alternativ rok janrı üzrə fəaliyyət göstərir. Qrupun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu və vokalisti Tevfik Ayhandır.
Sakitləşdirici musiqi axşamını qaçırmayın!
İfaçılar:
Tarlanthis – vokal, gitara
Cahid Rəsullu – ritm gitara
Nicat Gülməmmədov – solo gitara
Kamilla Muradxanova - bek vokal
Novruz Qurban – kahon
Qonaq ifaçılar:
Şahin Əlizadə
Aysel Quluzadə
Həsən Bədəlbəyli
Tarix: 16 may, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir