Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
09 Avq 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 9 avqust 2016-cı il tarixində rejissor Levan Tutberidzenin “Moyra” adlı filmini təqdim edirik.
Moyra / 2015 / Gürcüstan / 90 dəq. / fantastika / rəngli
Rejissor: Levan Tutberidze (Gürcüstan)
Rollarda: Paata İnauri, Giorgi Khurtsilava, Zaza Magalaşvili, Ketevan Tskhakaia, Jano Izoria, Ani Bebia, David Khurcilava, Lili Khuriti, İrakli Sanaia, Baçi Lejava, Laşa Gurgenidze, Ramin Kilasonia, Giorgi Surmava
Premyera 2015 ildə San Sebastyan Festivalında baş tutmuşdur. Həmin ildə Amerikan Kinoakademiyasında “Ən Yaxşı Xarici Film” kateqoriyasına namizəd olmuşdur.
Filmin baş qəhramanı, Mamuka, həbsxanadan azad olur və öz əlil atasına və kiçik qardaşına qayğı göstərməyə çalışır.
Rejisser və ssenarist Levan Tutberidze 24 dekabr 1959-cü ildə Gürcüstanda anadan olmuşdu. O, “Qarabağa səfər” (2005), “Moyra” (2015) və “Tbilisi, səni sevirəm” (2014) filmləri ilə məşhurdu.
Film gürcü dilində ingilis ingilis subtitrləri ilə göstəriləcək.
Tarix: 9 avqust, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir