Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Sen 16
YARAT Müasir İncəsənət Məkanı ədəbiyyat sevərləri 28 sentyabr tarixində keçiriləcək növbəti “Ədəbiyyat klubu”nə dəvət edir.
Tədbirin qonağı nasir və opera librettolarının müəllifi Azər Əfəndidir.
Azər Əfəndi “Literaturnıy Azerbaydjan” jurnalında dərc olunan əsərlərin müəllifi olmaqla yanaşı, “Daikokuya Kodayu” operasının (bəstəkar F.Hüseynov), “Balaca şahzadə” müziklin (Antuan de Sent-Ekzüperinin eyni adlı əsərinin motivləri əsasında, bəstəkar F.Hüseynov) və “Dönüş” baletinin (bəstəkar R.Şəfəq) librettolarının və C.Londonun eyni adlı romanı motivləri əsasında çəkilmiş “Zaman gözləmir” (Belarusfilm, bəstəkar F.Qarayev) filminin balladasının müəllifidir.
2014-cü ildə “Azərbaycanda rusdilli ədəbiyyatının inkişafında xidmətlərinə görə” Rusiya səfirinin mükafatına layiq görülüb.
Tarix: 28 sentyabr, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir