Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
19 İyl 16
Əziz kino həvəskarları!
YARAT Film Klub müxtəlif janrlarda olan filmləri nümayiş etdirməyə davam edir. Bu dəfə isə, iyul ayının 19-u, sizin hər birinizi kinorejissor, ssenari müəllif və prodüser Oqtay Mirqasımovun iştirakı ilə keçirilən görüşə dəvət edirik. Həmçinin tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissor” fakültəsinin tələbələrinin biri-birindən maraqlı qısametrajlı filmləri də nümayiş olunacaq
Qısametrajlı filmlər:
“Sanki”- rejissor Nəzrin Bayramova
“Hökm”- rejissor Kərim Azərsoy
“Səs”- rejissor Dariuş Nəcəfli Göl
Oqtay Mirqasımov - 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Təhsilinin başa vurduqdan sonra Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasına işləməyə başlayır. 50-dən artıq bədii və sənədli filmlərin quruluşçu rejissorudur, o cümlədən: “Ovsunçu” (2003), “Mən kitabımı başlayıram” (2006), “Günaydın, mələyim!” (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) və b. Filmləri bir çox Beynəlxalq Kino festivallarında nümayiş olunub və mükafatlara layiq görülüb.
1993-2000-ci illərdə “Azərkinovideo”nun baş direktoru olub. Dövri mətbuatda hekayə və povestlərini dərc olunub: “Min birinci qastrol”, “Anlamaq istəyirəm”, “Ovsunçu”, “Bu həqiqətin səsidir” və s. Onlarla bədii, sənədli və yumoristik ssenarilərin müəllifidir. Milli kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Tarix: 19 iyul, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir