Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
14 Okt 22
YARAT Müasir İncəsənət Məkanı sizi rejissor,ssenarist, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı və "Şərəf" və “Şöhrət” ordeni kavaleri Vaqif Mustafayevlə görüşə dəvət edir. Tədbir zamanı qonağın 1995-ci ildə çəkdiyi “Fransız” filmi nümayiş olunacaq.
“Fransız” faciəvi komediyası - Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında lentə alınmışdır. Ekran əsəri Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır .
Filmdə Yaşar Nuri, Fərman Şəkili, Zərnigar Ağakişiyeva və Nuriyyə Əhmədova kimi tanınmış aktyorlar çəkilmişdir. Onlarla yanaşı filmdə fransız dili tərcüməçisi rolunu rəssam Ucal Haqverdiyev canlandırmışdır.
Filmin müddəti: 51 dəq.
Yaş həddi: 16+
Tarix: 14 oktyabr, 2022
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş onlayn qeydiyyatladır.
COVID pasportun təqdimi mütləqdir.
Əlavə məlumat üçün: +99450 251 41 15