Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Sen 22
YARAT Müasir İncəsənət Məkanı sizi “Artxronika” layihəsi çərçivəsində ukraynalı sənətşünas, media üzrə menecer, müasir incəsənət kuratoru və publisist Konstantin Doroşenko ilə görüşə dəvət edir.
2011-ci ildə “Art Ukraine” jurnalına əsasən, Konstantin Doroşenko son 10 ilin ən yaxşı ukraynalı sənətşünası və 5 ən nüfuzlu müasir incəsənət kuratorları siyahısına daxil edilib. O, həmçinin 2015-ci ildə Azərbaycan şairi Mikayıl Müşfiq adına mükafata layiq görülüb.
Mühazirə mövzusu: “Bu xaos deyil: Ukrayna və Azərbaycan müasir incəsənətində humanizm”.
Mühazirə müəllif tərəfindən, Azərbaycan rəssamı Rəşad Ələkbərovun Venesiya Biennalesində (2015) nümayiş olunan “Bu xaos deyil” əsərindən təəssüratlanaraq hazırlanıb.
Həmçinin tədbir zamanı K. Doroşenko, 2015-ci ildə yazdığı “Son Dəmir dövrünün axırı” kitabına istinadən, Azərbaycan (Sabina Şıxlinskaya, Rəşad Ələkbərov, Babi Bədəlov, Rəna Əfəndi, Orxan Hüseynov) və Ukraynanın müasir rəssamları haqqında danışacaq.
Görüş rus dilində keçiriləcəkdir.
Tarix: 28 sentyabr, 2022
Saat: 19:00
Məkan: Rəngkarlıq Muzeyi (2-ci mərtəbə)
Bayıl, Dövlət Bayrağ Meydanı
Giriş onlayn qeydiyyat ilədır
*COVID pasportun təqdimi mütləqdir.
Əlavə məlumat üçün: +99450 251 41 15