Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
17 İyn 22
YARAT Müasir İncəsənət Məkanı Sizi, UNESCO - Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO - Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüşə dəvət edir.
Lətafət Məmmədova 1973-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmişdir. Riqa, Vilnüs və digər Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində (1978-1980-ci illər) fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı mükafatlara layiq görülmüşdü. Yaradıcılıq fəaliyyəti ilə yanaşı o, 1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi daha sonra, İncəsənət bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.
Moderator: Zəhra Məmmədova
Görüş Azərbaycan dilində keçiriləcəkdir.
Tarix: 17 iyun, 2022
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir.
COVID pasportun təqdimi mütləqdir.
Əlavə məlumat üçün: +99450 251 41 15