Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
14 Mar 22
YARAT Müasir İncəsənət Məkanı sizi “Proyekt 2602” filminin promo-çarxının təqdimatına dəvət edir. Film, gənc azərbaycanlı kinematoqrafçıların ilk irimiqyaslı elmi-fantastik ekran əsəridir.
Film, Xocalı soyqırımından qurtulan və bütün həyatını elm və texnologiyaya həsr etmiş gənc oğlandan bəhs edir. Həyatında baş vermiş bütün çətinliklərə baxmayaraq elmi qabiliyyəti ilə o, zaman maşını ixtira edib, anasını xilas etmək üçün keçmişə qayıtmaq istəyir...
Təqdimat çərçivəsində film heyəti ilə kiçik müzakirə də baş tutacaq.
Ssenari müəllifi və rejissor Rafiq Hacıyev, quruluşçu rəssam Səbuhi Atababayev, ssenarist Kənan Yusifov və aktyor Zaur Şəfiyev.
Müzakirə Azərbaycan və rus dillərində keçiriləcəkdir
Tarix: 14 mart, 2022
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bayıl
Giriş onlayn qeydiyyatladır.
https://forms.gle/QEDqVWrDzLYZcFWJA
*COVID pasportun təqdimi mütləqdir.
Əlavə məlumat üçün: +99450 2514115