Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
11 Yan 19
YARAT Müasir İncəsənət Məkanı musiqi sevərləri Freestyle proqramı çərçivəsində “East or West” musiqi qrupu ilə musiqi axşamına dəvət edir. “East or West” musiqi qrupu 2011-ci ildən fəaliyyətdədir. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança və qarmon) Qərb musiqi standartlarında ifa etməklə həm gənclərimizin milli alətlərə marağını artırmaq və eyni zamanda ölkə xaricində milli alətlərimizi təbliğ etməkdir. Biz milli alətlərimizin dünya standartlarına cavab verdiyini sübut etməyə çalışırıq.
Qrup fəaliyyəti dövründə bir neçə konsertlər və festivallarda iştirak etmişdir. Bunlardan 2012-ci ildə Türkiyənin Yalova şəhərində keçirilən ənənəvi “Uluslararası halk dansları ve müzik” festivalında “Altın Karanfil” mükafatı və ölkəmizdə “İlin Ən Sevilən Yaradıcı Musiqi Qrupu” naminasiyasi üzrə “Odlar Yurdu Milli Mükafatı”na layiq görülməyimizi, ötən il Heydər Əliyev Mərkəzində baş tutan canlı konsert proqramını və ADA universitetinin dəvəti ilə dünya ölkələrinin universitet rektorlarının qatıldıgı CAMCA 2018 Baku Formunda çıxışımızı qeyd etmək istərdik.
"East Or West" qrupunun esas nailiyyətlərindən biri də Azerbaycandan ilk dəfə East or West qrupu Rihana, Bruno Mars, Sia-nın mahnılarına rəsmi lisenziyanı SONY MUSIC, WARNER MUSIC kimi label-lardan almişdır. Bunun sayəsində biz də həmin coverləri AMAZON, GOOGLE MUSIC, SPOTIFY kimi saytlarda satışa çıxara bilirik.
Tarix: 11 yanvar, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir