21 Avq 18
YARAT Müasir İncəsənət Məkanı sizi böyük məmnuniyyətlə dünyanın ən iri tədbirlərdən olan Future Shorts qisametrajlı film festivalına dəvət edirik! Yeni yay mövsümü toplusunun nümayişi açıq səma altında keçiriləcək.
Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.
Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
“Future Shorts” festivalının YAY mövsümü toplusu özündə 6 filmi birləşdirir.
Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə).
Yaş məhduddiyəti: +16
Tarix: 21 avqust, 2018
Saat: 20:00
Ünvan: YAY Qalereyası, İçəri Şəhər, Kiçik Qala küç., 5
GIRIŞ: Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün əlaqə: 012 505 1414