Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
17 Apr 18
YARAT Müasir İncəsənət Məkanı dizayner Natavan Əliyeva ilə görüş təqdim edir. Natavan Əliyeva XIX əsrin geyim və aksessuarlarının kolleksiyaçısı, Natavan Qalereyasının və Natavan Moda Məktəbinin təsisçisidir. Onun tələbələri Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanda keçirilən Yüksək Moda Həftəsində öz işlərini təqdim ediblər.
Tədbir, yaradıcı və müvəffəqiyyətli insanların təcrübələrini və nou-haularını paylaşdığı yeni "Özünü yarat!" layihəsi çərçivəsində keçiriləcək. Gəlin və yaradıcı potensialınızı və gözəl fikirlərinizi uğurlu bir layihəyə necə çevirəcəyinizi öyrənin.
Tarix: 17 aprel, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir