Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
18 İyl 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Bu dəfə Film Klub rejissor Anar Əzimovun Qısa hekayə adlı qısametrajlı filmin nümayişini təqdim edir.
Qısa hekayə / 2017 / Azərbaycan / 8 dəq. / qısa film / rəngli
Qısa hekayə filmi – səkkiz dəqiqə ərzində danışılan bir qadının həyat hekayəsidir. Tənha və ahıl qadın son günlərini, onun atasının ölümündə günahkar olanın birisi ilə yaşayır. Neçə vaxtdır ki, eyni yuxu ona əziyyət verir. Sonda o, divarda asılan xalçanın arxasında nə baş verdiyini öyrənmək istəyir...
Bu film Anar Əzimovun 5-ci ekran əsəridir və Top Shorts Film Festival və Festigious International Film Festivalının mükafatlarına layiq görülüb.
Film rus dilində (ingilis dili subtitrləri ilə) nümayiş olunacaq
Tarix: 18 iyul, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir