28 Yan 17
YARAT Müasir İncəsənət Məkanı sizi yanvar ayının 28-i canlı musiqi proqramına dəvət edir. Bu dəfə proqramın qonağı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Bakı Kamera Orkestridir.
Bakı Kamera Orkestri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində 2011-ci ildə yaradılıb. Orkestrin istedadlı iştirakçıları bir çox Beynəlxalq Müsabiqələrinin laureatlarıdır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Kamera Orkestri Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda qastrol səfərlərində çıxış edib.
Tarix: 28 yanvar 2017
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir.