Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 İyl 18
YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində “Kino deyil” qısa filmin nümayişinə dəvət edir.
Film Nərminə Məmmədzadənin “Səhər təxminən saat 8 olardı” hekayəti əsasında çəkilib.
Layihənin müəllifləri: Nərminə Məmmədzadə və Sabina Zülalova
Aktyorlar: Nərminə Məmmədzadə, Sabina Zülalova, Zaur Şəfiyev
Prodüser: Faiq Ağayev
Bəstəkarlar: Sevinc Ağasiyeva və Cavid Məmmədov
Deyirlər xoşbəxtlik uğrunda mübarizə aparmaq lazımdır! Bəs əgər sizin əslində çox gözəl görünən münasibətlərinizdə üçüncü bir şəxs peyda olsa necə? Həmişə artıq hesab olunan üçüncü...
Görəsən sevgi üçbucağının qarşısını almaq üçün bir vasitə varmı və ya xəyanəti bağışlamaq mümkündürmü?
Filmə baxdıqdan sonra onun qəhrəmanları ilə səmimi söhbət etmək imkanı olacaqdır.
Tarix: 3 iyul, 2018
Saat: 19:30
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir