Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 İyl 17
YARAT Müasir İncəsənət Məkanı Les Gardiens Du Silence qrupunun Divine Balance: Feminine. Masculine. Divinity adlı ilk albomunun təqdimatına dəvət edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Qrupun təqdim etdiyi albom, uzun müddət qədim mədəniyyətlərin səs və musiqisinin tədqiqatı nəticəsində yaranıb. Sizi qədim Yunanıstan, sirli Misir, unudulmuş Babil və Şumer incəsənəti ab-havasına qərq olmağa təklif edirik. Xoş gəlmisiniz!
Les Gardiens Du Silence (Guardians Of Silence)
Vokal və fizqarmon – Kitaru Lina Oçimara
Qanun – Səda Həsənova
Hapi (zərb) və reynstik – Aydan (Villi)
Akustik qitara – Vyaçeslav Lizunov
Weedy grooves – Ramirez
Qaval – Dinara
Dəmir qopuz – Elmar Hüseynov
Tarix: 28 iyul, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir