Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 Fev 17
YARAT Müasir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində “İtirilmiş zaman axtarışında” adlı tədbiri təqdim edir.
Fevralın 22-si Ədəbiyyat Klubu çərçivəsində hazırlanmış "İtirilmiş zaman axtarışında" adlı proqramda gənc və istedadlı ədəbiyyatçılar – yazıçı-ssenarist Ramin Qasımov və yazıçı Pənah Hacıyevin çıxışları olacaq.
Ramin Qasımov 1992-ci ildə Bakıda anadan olub. Milli Aviasiya Akademiyasını Hüquqşünaslıq ixtisası üzrə bitirib. Ramin 4 ildən də çoxdur ki, hekayə janrında əsərlər yaradır. "İntihar" adlı ilk əsərini 20 yaşında yazmışdı. Həmin hekayə ona uğur qazandırdı və sonra kitab halında dərc edildi. Ardınca müxtəlif vaxtlarda, 3 dəfə roman yazmağı sınadı. Romanları struktur baxımından tam hazır olsa da, özünü roman yazmağa tam hazır hiss etmədiyindən yarımçıq qoymalı oldu. Daha sonra esselər vəresenziyalar yazmağa başladı. O deyir: "Ədəbiyyat həyatımda çox vacib rol oynayır. Bəlkə Çexov ola bilməyəcəm, amma hər bir halda, hekayə yazmaq mənə rahatlıq bəxş edir". Hal-hazırda a24.az saytı ilə əməkdaşlıq edir.
Pənah Hacıyev 1990-cı ildə Culfa rayonunun Milax kəndində anadan olub. Naxçıvan Dövlət Universitetində bakalavr, Bakı Slavyan Universitetində isə magistr təhsili alıb. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır. Pənah hekayə və esselər yazmaqla ədəbi yaradıcılıqla məşğul olur.
Tarix: 22 fevral 2017-ci il
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir.