Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 İyl 15
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi YARAT Kino Klubun növbəti yığıncağına dəvət edir. Tədbir qeyri-formal görüş və müzakirələr formasında keçiriləcək. Bu dəfə görüş iştirakçılarına “Anan haqqında bir kəlmə də danışma” adlı qısametrajlı bədii filmi (Rusiya, 2014) nümayiş etdiriləcək. Filmin ssenari müəllifi və rejissoru Darya Razumnikovadır. Görüş Daryanın iştirakı ilə keçiriləcək. Nümayişdən sonra rejissorla sual-cavab və filmin müzakirəsi keçiriləcək.
ANAN HAQQINDA BİR KƏLMƏ DƏ DANIŞMA / 2014 / Rusiya
14 dəq. / bədii / rəngli
Anna adlı qızın sevgilisi də var, o biri yandan isə xətrini çox istədiyi anası. Anası ilə bir-birinə ruhən o qədər bağlılar ki, anası ona istədiyi kimi yaşamağa icazə vermir və Anna sevgilisindən ayrılıb, keçmişində ilişib qalır.
Film tələbələr üçün “Teffi” mükafatına layiq görülmüşdü.
Gənc kinorejissor Darya Razumnikova Moskvada “KultBüro” Kino Laboratoriyasında təhsil almışdır. Onun rejissor debütü olan “Anan haqqında bir kəlmə də danışma” adlı film tamaşaçılar və kinoşünaslar tərəfindən eyni dərəcədə yüksək qiymətləndirilmişdi.
Film rusca nümayiş etdiriləcək
Tarix: 7 iyul, 2015
Saat: 19.00
Mıkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Əlaqə: 012 505 1414
Free admission