Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 Avq 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi 16 avqust 2016-cı il tarixində baş tutacaq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin çəkdikləri qısametrajlı filmlərinin nümayişinə dəvət edir.
Ümid / 2016 / Azərbaycan / 5 dəq. / Rəngli
Rejissor: Məhəmməd Nəsirli
Filmdə gənc oğlan tərəfindən qocaman veterana qarşı hörmətsizlik baş verir. Bu xoşa gəlməz hadisədən sonra veteran çox məyus olur və keçdiyi müharibə dövrünü, cavanlıq illərini yada salır...
Həqiqət / 2016 / Azərbaycan / 23 dəq. / Rəngli
Director: Orkhan Rustamli
"Həqiqət" filmi Qarabağ müharibəsi mövzusundan bəhs edir. Bakıdan Qarabağa gələn Mustafa adlı jurnalist baş verən hadisələri xalqa və dünyaya çatdırmaq istəyir, amma onun müharibə zonasına gəlməsinə hərbiçilər etiraz edirlər. Lakin Mustafa öz işi və mərdliyi ilə göstərir ki, vətənin dar günündə bir əlində silah, o biri əlində kamera tutub, döyüşmək gərəkdir.
Hədiyyə / 2016 / Azərbaycan / 6'20 dəq. / Rəngli
Rejissor: Orxan Rüstəmli
"Hədiyyə" filminin qəhrəmanı, hələ körpə ikən atasını itirən 10 yaşlı Murad həyatın bütün çətinliklərini öz kiçik çiyinlərində daşıyır. Yataq xəstəsi olan anasına və özündən kiçik bacısına baxır və qayğıkeşlik edir. Həmyaşıdlarından fərqli olaraq bu balaca oğlan məktəbə getmir. Ailəsinə yardım etmək üçün küçədə salfet satıb, pul qazanır və hətta bacısının arzusunu da həyata keçirir.
Filmlər Azərbaycan dilində göstəriləcək
Tarix: 9 avqust, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir