Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 Sen - 23 Sen 16
YARAT Müasir İncəsənət Məkanı "Su kimi ol" adlı “Kari Hoaas Productions” qrupunun (Norveç) ifasında müasir rəqs tamaşasını təqdim edir. Tədbir 'YARAT Freestyle' layihəsi çərçivələrində təşkil olunur.
Dəstək: Norveç Xarici İşlər Nazirliyi, Norveç Krallığının Azərbaycandakı Səfirliyi, Norveç Təsviri İncəsənət Mərkəzi və Norveç Milli İncəsənət Şurası
Xoreoqrafiya, konsepsiya və quruluş: Kari Hoaas
Rəqqaslar: Ottavio Ferrante, Tais Hvidt, Asne Storli, Gerd KaisaVorren, Yonas Örkner
İşıq üzrə rəssam və texniki direktor: Loren Ravot
Video: Tord Eliasen
Səs rejissoru: Morten Petersen
Geyim üzrə rəssam: Signe Vasshus
Kostyumçu: Antti Byorn
Prodüser / menecer: Annika Ostvald
Tamaşa haqqında:
Xoreoqraf Kari Hoaas, beş fərqli rəqqasın çıxış etdiyi yeni rəqs tamaşasında xoreoqrafik strukturların “emosional riyaziyyatı” kontekstində ekstremal və təbii cismaniliyin araşdırılması missiyasını davam etdirir. İqlim dəyişikliklərinin təsirindən törəyən Apokalipsis vahiməsinin fonunda ərsəyə gətirdiyi bu tamaşada, o, bütün canlılar üçün həyati əhəmiyyətli element olan Su ünsürünü araşdırmaq məqsədilə, poetik və impressionist təmayülləri seçmişdir.
Su – planetimizin makroaləmindən tutmuş, təkhüceyrəli canlı orqanizmlərin mikroaləminə qədər bütün növ canlılar və həyat formaları üçün son dərəcə vacibdir. İnsan orqanizminin təxminən 70 faizi sudan ibarətdir. Məhz bu səbəbdən, su, bizim üçün ən qiymətli məhsul sayılır. Biz insanlar – həm daxilimizdə, həm də digərləri ilə ünsiyyət zamanı yaşanan həyatın, hisslərin və düşüncələrin müəyyən formaları ilə nəticələnən döyüntünün strukturu və modeli, orqanizmik quruluşu, forması, relyefi, çalarını formalaşdıran “mayelər dəryasıyıq”.
“Çağdaş dünyamız vahimələr və münaqişələrlə doludur. Müharibələr, daşqınlar, quraqlıqlar, təbii fəlakətlər, ətraf mühitin çirklənməsi... bununla bərabər, sağ qalma və ya hakimiyyət uğrunda mübarizə aparan insanlara hər yerdə rast gəlmək mümkündür. Mən, bu tamaşa ilə öz yaradıcılığımızın “bayragı” altında, ümid edirəm ki, ümumi dünyamızın cari durumuna rəğmən ümid qığılcımlarını alovlandırmaq və mərhəmət hisslərini oyatmaq əzmində olacağıq”. – Kari Hoaas
Müddət: 60 dəqiqə (antraktsız)
Tarix: 31 Avqust, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı yaxınlığında
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir