Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə15 Sen 16
ARTIM Layihə Məkanı sizi 15 sentyabr 2016-ci il tarixində, saat 18:00-da “Evin sirləri” sərgisinin bağlanış tədbirinə dəvət edir.
Tədbir çərçivəsində gənc rejissor Cavad Nurun, “Aborta son!” ideyasından bəhs edən "Olum & Ölüm" ("To be, not to be") qısametrajlı filminin nümayişi və film haqqında müzakirə keçiriləcək. Həmçinin “Evin sirləri” sərgisinin müəllifləri, rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salam-zadə, Hatəm Əlizadə və Qafar Rzayevlə “abort” mövzusunda diskussiya təşkil olunacaq.
Cavad Nur 1991-ci ildə anadan olub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsində təhsil alıb. Hal-hazırda Dövlət Pantomima Teatrının aktyorudur.
Tarix: 15 Sentyabr 2016
Saat: 18:00
Məkan: ARTIM Layihə Məkanı
Giriş sərbəstdir