Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Dek 15
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 15 dekabr 2015-ci il tarixində rejissor Murad muradovun “Keçmişdən gələn zəng” adlı qısametrajlı filmini təqdim edirik.
Keçmişdən gələn zəng / 2015 / Azərbaycan / 27 dəq. / Drama / Rəngli
Qarşılıqsız sevgi hekayəti: Samir ilə görüşmək üçün Sonya Moskvadan gəlir, sevdiyi bu insanla onun arasında bir vaxtlar olmuş münasibətləri yenidən canlandırmaq istəyir, amma Samir, əvvəlki kimi, sevgini bir əyləncə sanır və taleyin ona bəxş etdiyi bu fürsəti dəyərləndirməyə əsla qadir deyil...
Murad Muradov, gənc Azərbaycan kinorejissoru. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini bitirmişdir, həmçinin Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o, "İlk döyüş" (13 dəq.), "Su"(1 dəq.), "Köhnə və Yeni Bakı" (10 dəq.), "Səsin Mirzəsi" (35 dəq.) və s. filmlərin rejissorudur. Bir çox kino festivalların iştirakçısıdır, o cümlədən: Moskva “Debüt” Kino Festivalı və Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı.
Film azərbaycan dilində nümayiş etdiriləcək.
18 +
Tarix: 15 dekabr, 2015
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir