Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə17 May 19
YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək “De/Konstruksiya” müzakirələri çərçivəsində küçə incəsənəti ilə məşğul olan Fizuli Əliyevin, Fizzochi kimi tanınmış rəssam ilə müzakirəyə dəvət edir.
Tədbir zamanı Füzuli Əliyev (d. 1990, Bakı) Fizzochi kimi tanınmış rəssam işlərini təqdim edərək auditoriyanı açıq müzakirə etməyə dəvət edir. Təqdimat onun əsərlərinin səhnə-arxasında hekayələrini və onun təcrübəsini işıqlandıracaq. Fizzochinin əsərləri kalliqrafiya və qrafiti sənəti arasında yer alan unikal bədii dilində ictimai və fərdi mövzuları araşdırır.
Küçəni yaradıcılıq imkanları üçün ən yaxşı qalereya kimi təsvir edir. Onun fikrincə, “gözəllik günəşə əlçatan olmalıdır". Onun sənəti qismən trafaret üsulunda icra edilir, sosial şərhlər verir və Bakının urbanistik şəhər səhnəsində mühüm bir töhfə kimi çıxış edir.
De/Konstruksiya – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.
Tarix: 17 May, 2019
Saat: 19:00
Məkan: ARTIM Layihə Məkanı
Ünvan: İçərişəhər, Böyük Qala 30, 001 A
Giriş sərbəstdir