Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
04 May 19
YARAT Müasir İncəsənət Məkanı Teatr Klubu çərçivəsində hazırlanan “Prometey mənim dostumdur” tamaşasının premyerasına dəvət edir.
Bildiyiniz kimi YARAT Teatr Klubu həvəskar aktyorlar üçün vacib platforma olaraq fəaliyyət göstərir. Bu dəfə isə bizim həvəskar aktyorlarımız uşaqlardı. Onlar iki ay ərzində yorulmadan çalışdılar ki, sizə “Prometey mənim dostumdur" adlı kölgə tamaşasını təqdim etsinlər.
Qeyd edək ki, “Prometey mənim dostumdur” tamaşası rəssam Vaciko Çaçxianinin "Milçəklər dişləyir, yağış yağacaq" adlı sərgisi ilə əlaqəlidir.
Aktyorlar: Ayşən Kazımlı, Aqil Əliyev, Selcan Əliyeva, Kərim Kərimov, Çiçək Allahverdiyeva və Asiman Kazımlı.
Pyesin müəllifi: Nigar Məmmədli
Rejissor: Elvin Mirzəyev
Quruluşçu rəssam: Leyla Qabulova
Tarix: 4 may, 2019
Saat: 17:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir