Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 May 18
YARAT Müasir İncəsənət Məkanı Muzeylər günü ərəfəsində Muzeydə gecə – "Gecəni fəth et!" tədbirini təqdim edir. Bu tədbir bir daha sübut edəcək ki, muzey darıxdırıcı yer deyil, əksinə maraqlı və əyləncəli məkandır.
Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin bayram ab-havasına qərq olacaq.
MƏKAN 1: YARAT MƏRKƏZİ
YARAT Mərkəzində keçiriləcək "İstədiyin birinə çevril" bodi art və"Etrusk natiqləri" gəzən heykəllər proqramları sizin axşamınızı yaddaqalan edəcək.
Həmçinin sizlər üçün "Azərkosmos" şirkəti ilə birgə "Təbiət yoxsa insan?" adlı müsabiqə hazırlamışıq. Bu müsabiqə sizləri tamam fərqli reallığa səyahətə aparacaq. Həmin səyahətdən qayıdandan sonra isə, öz təəssüratlarınızdan ibarət kollektiv incəsənət əsərləri yaratmaq imkanı qazanacaqsınız.
Axşam saatlarında alov şousuna və ADO kollektivindən sürpriz tamaşaya baxacaqsınız. Gecənin sonunda isə istedadlı DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyevin ifasında elektron musiqi parçalarını dinləyəcəksiniz.
MƏKAN 2: RƏNGKARLIQ MUZEYİ
Yaradıcılığınıza tam azadlıq verərək, gül-çiçəklərdən avtoportret hazırlamaq ustad dərsində iştirak edə bilərsiniz. Eyni zamanda dizayner və kolleksiyaçı Natavan Əliyeva tərəfindən təqdim olunmuş, XIX əsrin geyimlərindən ibarət moda nümayişi və "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər" adlı mühazirəyə qatıla bilərsiniz.
MƏKAN 3: ARTIM LAYİHƏ MƏKANI
Burada, siz "Məhəllə" kollektivinin əsərlərindən ibarət eyni adlı sərginin açılışında iştirak edəcəksiniz və elektron musiqi parçalarını dinləyəcəksiz.
Muzeydə gecə Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin partnyorları:
*Tədbir üçün xüsusi təkliflərə görə Port Wine&Grill və Maya/La Vida restoranlarına təşəkkür edirik.
PROQRAM
YARAT MƏRKƏZİ
RƏNGKARLIQ MUZEYİ
ARTIM Layihə Məkanı