Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Fev 23
YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində 2001: Kosmik Odissey (1968) amerikalı rejissor Stenli Kubrikin elmi-fantastika filminin təqdimatına dəvət edir.
Artur Klarkın “Gözətçi” adlı hekayəsi əsasında çəkilən film, insan təkamülünün gedişatına təsir göstərən sirli qara monolitlərlə insanların bir sıra görüşlərindən bəhs edir. Birinci görüş tarixin başlanğıcında baş verib. İkinci dəfə insanlar Yerə yaxın kosmosun tədqiqi dövründə Ayda monolit tapırlar. Bu monolit Yupiterə doğru güclü radiasiya yayır və insanlar oraya ekspedisiya göndərmək qərarına gəlirlər. Ekspedisiya, astronavtlar Deyv Boumen və Frenk Pul, habelə gəmi üzərində demək olar ki, tam nəzarətə malik super-ağıllı HAL 9000 kompüteri tərəfindən idarə olunur.
Tarix: 28 fevral, 2023
Saat: 19:00
Dil: İngilis dilində dublyaj və altyazısı ilə
Filmin müddəti: 143 dəq.
Yaş həddi: 12+
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş sərbəstdir.
COVID pasportun təqdimi mütləqdir.