Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
30 Yan 20
YARAT Müasir İncəsənət Məkanı sizi YARAT Freestyle çərçivəsində keçiriləcək, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin şagird və müəllimlərinin iştirak etdiyi “Nağıl dolu dünyamız” adlı konsert-tamaşasına dəvət edir.
Biri var idi, biri yox idi… Ucqar bir kəndə Sevil nənə yaşayırdı. Sevil nənənin şəhərdə şirin-şəkər nəvələri var idi. Bu qış tətilində də onlar nənənin evinə qonaq gəldilər. Nəvələrin gəlişi ilə sanki nənənin evində parlaq günəş doğmuşdur. Sevil nənə həmişə olduğu kimi bu dəfə də sevimli nəvələrini ətrafına toplayıb maraqlı söhbətlər etməyə başlayır…
Tarix: 30 yanvar, 2020
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir