Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 Okt 19
YARAT Müasir İncəsənət Məkanı sizi “Les Gardiens Du Silence” qrupunun mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomunun təqdimatına dəvət edir.
2015-ci ildə əsası qoyulmuş “Les Gardiens Du Silence” qrupu, musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim dövlətlərin musiqi və mədəniyyətlərinə əsaslanaraq yaradılıb. 2017-ci ildə kollektiv “Divine Balance: Feminine. Divinity” adlı ilk albomunu təqdim edib. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmək üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi və qədim folk musiqini əhatə edir.
Tarix: 7 oktyabr, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir