Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
02 May 19
YARAT Müasir İncəsənət Məkanı sizi Dünya Rəqs Günü qeyd etməyə dəvət edir. Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram 1982-ci ildə YUNESKO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunmağa başladı.
YARAT Mərkəzində keçiriləcək təntənəli konsert Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli, xoreoqraf-baletmeyster, canlı korifey Roza Cəlilovanın 90 illiyinə həsr olunub.
Roza xanım Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verərək, klassik və folklor sintezi olan məktəb yaratmışdır. Həmçinin o, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyaya ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib.
Proqrama dünya xalqlarının rəngarəng rəqsləri daxildir: Latın Amerikası rəqsləri, modern, hip-hop və breyk.
Tarix: 2 may, 2019
Saat: 19:00
Məkan: Rəngkarlıq Muzeyi
Giriş sərbəstdir