Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
12 Fev 18
YARAT Müasir İncəsənət Məkanı fevralın 12-də YARAT Ədəbiyyat Klubu çərçivəsində “Başlanğıcda söz vardı” adlı tədbir təqdim edəcək.
Tədbirdə sözün rolundan, sözün özündə daşıdığı sonsuz gücdən və onun insan varlığından belə öncə mövcudluğu haqda müzakirələr olacaqdır. Söz məclisini isə sözü daha mənalı edən şairlərsiz təsvir etmək mümkün deyil. Proqramda çağdaş dövrümüzün istedadlı şairləri öz şeirləri və şirin söhbətləri ilə sözün insan həyatındakı möcüzəvi təsirini təsdiq edəcəklər.
İştirakçılar:
Kəmalə Abıyeva
Kənan Hacı
Bahar Zamanova
Vasif Ayan
Oğuz Ayvaz
Feride Uğur
Fuad Cəfərli
Esmira Mehiqızı
Tarix: 12 Fevral, 2018
Saat: 19:00
Məkan:YARAT Mərkəzi
Giriş sərbəstdir