Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
25 Yan 18
İnstitut Français (Fransız İnstitutu) 25 yanvar 2018-ci il tarixində dünyada eyni gündə keçirilən “Fikirlər gecəsi”nin (“Nuit des İdées”) 2-ci buraxılışını təqdim edir. Bu tədbir intellektualları, tədqiqatçıları, sənətkarları və “Təxəyyülün hökmranlığı” mövzusunda qərar verici məsul şəxsləri bir araya toplayır.
Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Sizi, yanvarın 25-i, 19:00-22:00 saatlarında keçiriləcək, “Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusu ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət edirlər. Müzakirələr tədbirin rəsmi partnyoru YARAT Müasir İncəsənət Mərkəzinin çoxfunksiyalı zalında baş tutacaq.
Son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bir nümunədir. “Fikirlər gecəsi – 2018” Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir. Tədbir boyunca şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışılacaq.
Sənətkarları, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və bu mövzu ilə maraqlanan bütün insanları, Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlara dəvət edirik.
Müzakirələr Azərbaycan və rus dillərində aparılacaq (fransız dilinə sinxron tərcümə ilə).
Aparıcı: Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yoan Şitterer
Çıxış edənlər:
Jan-Pyer Buffi - fransız memarı, Buffi Associés Memarlıq və şəhərsalma Agentliyin təsisçisi və direktoru.
Elçin Əliyev - memar, Baku Architectural Clubun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi
Sabina Şıxlinskaya – Rəssam və kurator
Leyla Musayeva və Müslim imranlı - Pillə memarlar və urbanistlər cəmiyyətinin nümayəndələri
Tarix: 25 yanvar, 2018-ci il
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə
Giriş sərbəstdir