Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
19 Dek 17
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi YARAT Film Klubun növbəti nümayişinə - kinosevərləri Buludlar səmanı tərk edirlər filminin nümayişinə dəvət edir. 1959-cu ildə rejissor Nikolay Jukov tərəfindən çəkilmiş bu ekran əsəri Dağıstan kinematoqrafiya tarixində mühüm mərhələ oldu və bir çox nəsillər tərəfindən sevildi.
Buludlar səmanı tərk edirlər / 1959 / Rusiya / 87 dəq / drama / ağ-qara
Böyük qafqazlı ailəsi uşaq gözləyir – Xanu hamilədir. Ailə başçısı, 3 qız atası Bəşir növbəti uşağın qız olmasını istəmir və yoldaşına elan edir ki, qız doğulsa onu evdən qovacaq...
Film rus dilində nümayiş olunacaq
Təqdimat Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq nəticəsində təşkil edilir.
Tarix: 19 dekabr, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir