02 Okt 15
YARAT HƏFTƏİÇİ DANIŞIQLAR: NATELLA OSMANLI
FİKRİNİ BİZİMLƏ PAYLAŞ
Bu yay YARAT Müasir İncəsənət Mərkəzi, öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün müzakirələr platformasını yaratdı. Hər həftə keçiriləcək bu tədbirlər silsiləsində rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə görüşlər təşkil olunacaq.
Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik. Sizi belə müzakirələrin iştirakçısı olmağa və yazıçı və bloqer Natella Osmanlının iştirakı ilə 2 oktyabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik. Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.
Natella Osmanlı - Yazıçı, bloqer, jurnalist, Nargis jurnalının kontribütoru, marketoloq, SMM üzrə müşavir. Natella Osmanlının yaradıcılığı haqqında: 1-ci nəşri 2004-cü ildə “Qadın baxışı ilə” toplusunda “Tanqo ritmində” hekayəsi dərc olunub (“Эльф ИПР” nəşriyyatı). 2008-ci ildə “Lollipop” povesti rus dilində ən yaxşı nəsr Moskvada Sosial-iqtisadi və İntellektual Proqramlar Fondu tərəfindən dərc olunan kataloquna daxil edilmişdir. 2010-cu ildə birinci toplusu “Lollipop” trilogiyası dərc olunub. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı. 2012-ci ildə Natella Osmanlının "Fudziama xokkey çubuğu ilə" povesti "Bakı və ətrafı 2" toplusunda nəşr edilib. 2013-cü ildə yazıçının ikinci toplusu olan "Xar tut" kitabı nəşr edilib. 2015-ci ildə Nargis nəşriyyat evi tərəfindən özündə iki povest, üç hekayə və bloq yazılarından bir neçə parçalar birləşdirən "Mən zibiləm" toplusu dərc olunub.
Tarix: 2 oktyabr, 2015
Saat: 19:00
Giriş sərbəstdir
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29.