Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
11 May 16
Əziz kitabsevənlər və ədəbiyyat pərəstişkarları!
Ədəbi gecələrin təşkili işində niyyətimiz sizi yeni kitablarla, eləcə də eksperimental ədəbiyyat formaları ilə tanış etməkdir.
Mayın 11-də Müasir və klassik Azərbaycan ədəbiyyatını xoş bir məclisdə müzakirə etmək üçün toplaşmağı planlaşdırırıq. Və hər birinizi müzakirəyə dəvət edirik.
Bu səfər müzakirə üçün Azərbaycan ədəbiyyatına məxsus klassik və müasir əsərləri seçmişik.
Tərtib elədiyimiz proqrama nəzər yetirin və bu barədə sizin şərhlərinizi gözləyirik:
1. Cəlil Məmmədquluzadə – “Saqqallı uşaq"
2. Məhəmməd İsmayılov – "Bəlkə də"
3. İmadəddin Nəsimi – "Sığmazam"
4. Cəfər Cabbarlı – "Dilarə"
5. Mirzə Ələkbər Sabir – “Neylərdin İlahi"
Tarix: 11 may, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Kitabxana
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir