Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 Apr 16
“Les Gardiens Du Silence” qrupunun iştirakı ilə əsrarəngiz etnik musiqi gecəsi
Səs-küylü fəaliyyətimizin cəmində Tam idrak sükutu gizlənir.
Hər birimiz qeyri-şüurlu surətdə öz dinməz tərəfini duyur, ancaq zəkamızı meylə çevirmək üçün tələb olunan cüzi bir nəfsi-cəzb tapılmır ki, tapılmır.
“Les Gardiens Du Silence” (“Sükutun mühafizəçiləri”) qrupu Sizi qeyri-adi sehr gecəsinə dəvət edir – elə bir sehr ki, o, hələ bəlli olmayan mahiyyətlərin içərisindən doğub-törəyir. İttifaqımızın içərisi Sizin qəlbinizlə bir ritmdə döyünəcək. Özünüzü bütöv halda, Yoxluq Aləmləri ilə birlikdə dadmaq niyyətində olun.
Ömür boyu biz hər şeyi təxmin etdiyimiz yerdən tapacağımızı umuruq, ancaq axtardığımız şey hər zaman özü lapdan üzə çıxır, heç düşünmədiyimiz bir yerdən tapılır. Sizə “axtarmayın” demirik, sadəcə, axtarışınıza çox bel bağlamayın. Belə olduqda bir də görəcəksiniz ki, möcüzə baş verdi – hər şey özü qarşınızda açıldı, lap Alisanın qarşısında dovşan yuvasının açıldığı kimi. Öz aləminizin Alisası olun. Sizin dünyanızı – illüziyalar aləminizi sizdən savayı qurub-yaradan bir kimsə olmayacaq. Mühafizəçilər sizin də Möcüzələr ölkəsində bizə qoşulmanızdan məmnun olardı.
Les Gardiens Du Silence (“Sükutun mühafizəçiləri”) qrupu:
Kitaru Lina Ochimara – vokal
Elmar Hüseynov – dəmir qopuz (ağız qopuzu) və qaval
Səda Həsənova – qanun
Aydan (Villi) – hapi (zərb) və reynstik
Vyaçeslav Lizunov – ud
Ramirez – zərb
Xəyal Nityananda – mridanqa
Özəl qonaqlar:
Ramin Quliyev – orqanola
Yuki Kou Ochimara – sintezator
Tarix: 8 aprel, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir