Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Apr 17
YARAT Müasir İncəsənət Məkanı bütün aktyorları Livreurs təşkilatı tərəfindən keçiriləcək «Solo Teatr» adlı seminara dəvət edir.
Seminarın əsas məqsədi yalnız bir aktyorun seyrçilərə 60 dəqiqə ərzində teatr tamaşasının məzmununu çatdırılmasıdır. Bu yeni təcrübədə tək bir ifaçının mətnlərə necə yeni nəfəs verməyindən yararlanacaqsınız. Seminarda həmçinin iştirakçılara “Solo Teatr” haqqında ətraflı məlumatlar veriləcəkdir.
Seminar zamanı iştirakçılara Fransa komedioqrafı Jan Batist Molyerin «Xəsis» əsərindən - hisslərin gücünü, rolların məharətini, sözün gözəlliyini əks etdirən bir parça üzərində işləmək təklif olunacaq.
İştirak üçün rus və ya fransız dilləri biliyiniz yaxşı səviyyədə olmalıdır (oxuma və danışıq). Seminar zamanı Azərbaycan dilinə sinxron tərcümə aparılacaqdır.
Daha ətraflı məlumat almaq üçün bu linkə Solo Théâtre daxil olun.
Bu tədbir YARAT Müasir İncəsənət Məkanı və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Frankofoniya həftəsi çərçivəsində hazırlanıb.
Tarix: 15 aprel, 2017
Saat: 14.30
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanının yaxınlığı.
Giriş sərbəstdir